Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səudiyyə Ərəbistanı ABŞ dollarından imtina etməyi düşünür

Səudiyyə Ərəbistanı neft ticarətində dollardan imtina edə bilər. Krallığın bu açıqlaması ABŞ-ın OPEK-ə qarşı qəbul etdiyi qərara cavab olaraq verilə bilər. Bir vaxtlar Avropa Birliyi ilə Rusiya enerji daşıyıcıları ticarətində ABŞ valyutasının istifadəsini azaltmaq niyyətlərini açıqlamışdılar.

"Reuters" xəbər verir ki, Səudiyyə Ərəbistanı ABŞ-ın anti-kartel +OPEC qanununu (No Oil Production and Exporting Cartels Act) qəbul etdiyi təqdirdə, neft satışı üçün dollar ödəməyi rədd edə bilər. Böyükhəcmli neft ixracçısı bu qərarla ABŞ hökumətinin OPEK üzv olanölkələrinə qarşı antiinhisar ittihamları ilə mühakimə etmək imkanı verəcəyini düşünür.

"Bizimyol.info" Gazeta.ru"ya istinadən xəbər verir ki, artq aylardır ki, Səudiyyə Ərəbistanının hakimiyyəti dollardan imtina etmə yollarını müzakirə edir və bu barədə Vaşinqtona artıq məlumat da verilib. Agentliyin verdiyi məlumatında Səudiyyənin digər OPEK-in üzvləri ilə də bu plan barədə müzakirələr apardığı bildirilir.

Reuters yazır ki, Səudiyyə Ərəbistanı həmçinin, Birləşmiş Ştatlarda krallığın aktivlərini satmağıı düşünür. Səudiyyə ABŞ-a təxminən 1 trilyon dollar sərmayə qoymuşlar. Əl-Riyad təxminən 160 milyard dollar dəyərində ABŞ-ın xəzinə istiqrazlarına sahibdir.

Əl-Riyad neftini satarkən dollar imtina edərsə, bu, Amerikanın əsas ehtiyat kimi istifadə etdiyi valyutasına ağır zərbə vurmuş olacaq. Bundan əlavə, bu, ABŞ-ın dünya ticarətinə təsirini zəiflədəcək və Vaşinqtonun sanksiyalar tətbiq etmə imkanları azalacaq.

Agentliyin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı ehtimal ki, bu variantı tətbiq etməyəcək, çünki +OPEC-in də bunu qəbul etməsi inandırıcı görünmür.

"Saudi Aramco" neft şirkəti dünyanın ən böyük neft ixracatçısıdır. Ötən il satışlar 356 milyard dollar təşkil edib, lakin bütün neft ABŞ valyutasında satılmayıb, amma əməliyyatların əksəriyyəti dollara aparılıb.

Bizimyol.info

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
Son xəbərlər
Bütün xəbərlər »