Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sirkdə şir əsəsbiləşdi, təlimçini yaraladı - Video

Sirkdə heyvanların təlimçilərin əmrlərini yerinə yetirməsinə baxmayın, əslində, bu onların çox da ürəyincə deyil. Vəhşi təbiətin sakinləri onları əhliləşdirənlərə az hücum etmir.

Bizimyol.info xəbər verir ki, hadisə Rusiya ilə Ukraynanın uğrunda mübarizə apardığı Luqansk şəhərində baş verib. Səhnəyə çıxan iki şirdən biri əsəbiləşərək misirli təlimçiyə hücum edib. Hadisənin video görüntüsü də var. Orada Hamada Kutanın xəsarət aldığı təəssüratı yaranmır. Sadəcə, şirin hücumundan sonra yerə yıxılır, amma tez də ayağa qalxır. Sonra şirlər səhnəni tərk edir. Əslində isə təlimçi ciddi yaralanıb. Şir onun kürəyinə, əllərinə və ayaqlarına xəsarət yetirib.

Hamada heyvanı günahlandırmayıb. O, belə hadisələrdə, adətən, təlimçinin günahkar olduğunu bildirib. Hamadanın dediyinə görə, şirlərin Luqanska gələndən sonra dincəlməyə imkanı olmayıb. Onları əsəbiləşdirən əsas amil də yorğunluqdur.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »