Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın gündəmini alt-üst edən jurnalist 6 ildir sığındığı səfirlikdən çıxarılır

"Wikileaks"ın qurucusu Julian Assanj sığındığı - Ekvadorun Londondakı səfirliyindən çıxarılacağı günü və ya bir neçə saatı gözlədiyi iddia edilir.

"Bizimyol.info" xəbər verir ki, "Wikileaks" Twitter hesabından Londondakı Ekvador səfirliyinin yüksək səlahiyyətli nümayəndəsinə istinadən, Assanjın günlər hətta saatlar içində elçilik binasından çıxarılacağını bildirib.  Blog  onun nəzarətə alınması üçün artıq İngiltərə müvafiq qurumları ilə razılaşma əldə edildiyini yazıb.

"Wikileaks" blogunun şərhində, bu qərarın Ekvador prezidenti Lenin Morenonun qardaşı tərəfindən yaradılan bir offşor hesabının "qaranlıq" fəaliyyəti ilə bğlı iddiaların gizili qalması qarşılığında verildiyi bildirilib.

Assanjın vəkili Karlos Povedanın Morenonun qardaşı ilə bağlı yayılan xəbərlərin onun müvəkkili ilə əlaqəli olmadığını bildirib. O, deyib ki, Assanj artıq "Wikileaks"in redaktoru olmadığı üçün barəsində yayılan ittihamların doğru olmadığını bildirmək məcburiyyətindədir.

Ekvador prezidenti Moreno üç gün əvvəl "Wikileaks"lə bağlı açıqlama verərkən, saytı, onun xüsusi görüşlərini və telefon danışıqlarını gizlicə qulaq asmaqda, illər əvvəl Avropada çəkilən özünün və ailəsinin fotoşəkillərini ictimai mediaya sızdırmaqda günahlandırmışdı.

Qeyd edək ki, ABŞ Xarici İşlər Nazirliyinin çox sayda yazışmasını internet saytı vasitəsilə yayınlayaraq ictiailəşdirən və böyük qalmaqal yaranmasına səbəb olan Assanj , 2012-ci ildə bəri Londonun Knightsbridge səmtindəki Ekvador səfirliyinin bir otağında yaşayır.

Britaniya məhkəməsi 2010-cu ildə, iki qadına təcavüzdə ittiham olunduğu üçün Assanjın İsveçə qaytarılması barədə qərar verib.

2017-ci ildə İsveç məhkəməsi Assanj a qarşı iddia qaldırdı. Ekvador, Assanjın siyasi sığınacaq müraciəti qəbul edilib və ona vətəndaşlıq verilib.

Bizimyol.info

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »