Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Problemli kreditlərin ödəniş forması açıqlandı
Problemli kreditlərlə bağlı kompensasiyaların ödənişinə aprelin sonunda başlanacaq və mayın sonunda proses yekunlaşacaq. Bank olmayan kredit təşkilatları və bağlanan bankların problemli kredit sahibləri məbləği nağd və nağdsız formalarda olmaqla, “Azərpoçt” MMC-dən ala biləcəklər.

“Azərpoçt” SMS göndərəcək

Prosesə start veriləndə vətəndaşın kredit götürdüyü zaman qeydiyyata aldırdığı nömrəsinə SMS göndəriləcək.

SMS-də fiziki şəxsə ödəniləcək məbləğ, ödənilən kreditin olduğu kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı barədə məlumat (adı, ünvanı, əlaqə vasitələri), fiziki şəxsin yardımın köçürüldüyü ödəniş kartını əldə edə biləcəyi və ya pul köçürməsinin ediləcəyi kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru barədə məlumat (kredit təşkilatının, onun filialının, poçt rabitəsinin milli operatorunun və onun şöbəsinin adı, ünvanı, əlaqə vasitəsi) pul köçürməsinin ediləcəyi tarix barədə informasiya öz əksini tapacaq.

Adınız siyahıda yoxdursa...

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə rəisi Orxan İsmayılov adını siyahıda tapmayan və ya “Sizin kreditinizlə bağlı məlumat araşdırılır” cavabını alanlarla bağlı vəziyyətə aydınlıq gətirib.

Onun sözlərinə görə, əgər vətəndaşın adı siyahıda çıxmırsa, bu, o deməkdir ki, 2015-ci il 21 fevral və 21 dekabr tarixlərində baş verən devalvasiyalarda həmin şəxsin götürdüyü kredit qalığının məbləği 10 min dollardan çoxdur və fərman ona şamil edilmir. Həmin şəxsə kompensasiya düşmür, ona görə də siyahıda adı yoxdur.

Elə hallar da var ki, kompensasiya hesablanmır, ancaq 1 mart 2019-cu il tarixinə kredit borcu 10 min dollar və ya 17 min manat təşkil edir, onlar restruktrizasiya olunacaq. Yəni şəxsi vərəqədə ona kompensasiya “0” göstərilsə də, restruktrizasiya ilə bağlı hissədə məbləğ göstərilir.

Bankın borcunu müqavilədə adı olmayan şəxs ödəyibsə, bu halda kompensasiya ilə bağlı məsələ rəsmi borcalanla qeyri-rəsmi ödəyici arasında həll olunmalıdır.

Zaminlərlə bağlı vəziyyət isə hüquqi şəkildə öz həllini tapacaq, çünki fərmandan sonra zaminlərin ödədiyi pulu geri tələb etmək hüququ yaranıb.

Adı siyahıda olan, lakin kompensasiya məbləği göstərilməyən şəxslərə gəlincə, bu qrup şəxsi əhatə edir və yaxın günlərdə tam həllini tapacaq.

Məlumatlar üst-üstə düşməyib

Qeyd edək ki, ekspert Vüqar Bayramovun açıqlamasına görə, bu vəziyyət bankların siyahısında bəzi borcalanlarla bağlı məlumatların Mərkəzi Kredit Reyestri ilə üst-üstə düşməməsindən qaynaqlanır. Ona görə də bu rəqəmlərin dəqiqləşdirilməsi prosesi gedir.

Qeyd edək ki, ödənişlər pul köçürmələri və plastik kartlar vasitəsilə olmaqla, iki formada həyata keçiriləcək. 500 manata qədər məbləğ nağd formada, 500 manatdan yuxarı olduqda isə plastik kartlar vasitəsilə kredit sahibinə təqdim olunacaq.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »