Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metro stansiyasının qarşısında tikilən naməlum obyektlə bağlı açıqlama

"Koroğlu" metrostansiyasının çıxışında naməlum obyekt tikilir.

Aparılan tikinti işləri ilə bağlı Bizimyol.info-ya danışan "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, o tikintidən xəbərsizdir və tikintinin hansı məqsədlə və hansı şirkət tərəfindən aparıldığı haqqında heç bir məlumatı yoxdur:

Bəxtiyar Məmmədov

"Orada tikinti işlərinin aparılmasından xəbərsizəm, hansı şirkətin apardığı haqqında məlumatım yoxdur. Bu haqda "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxlayın".

Bizimyol.info-ya açıqlama verən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə metrostansiyanın çıxışında turniket tipli buraxılış məntəqəsinin tikintisi nəzərdə tutulub:

""Koroğlu" metrostansiyasının çıxışının yaxınlığında, dəmir yolunun "Koroğlu" dayanacağında sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə iki ədəd turniket tipli buraxılış məntəqələrinin tikintisi nəzərdə tutulub. Hazırda turniket tipli buraxılış məntəqələrində işlər davam etdirilir".

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »