Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlon Mask iki dəqiqəyə 1,1 milyard dollar itirdi

İlon Maskın ideyaları lazımi effekt vermir. Amerikalı milyarderin sərvəti getdikcə azalır.

Bizimyol.info xəbər verir ki, İlon Mask Nyu York birjasında iki dəqiqəyə 1,1 milyard dollar itirib. Onun “Tesla İnc.” şirkətinin səhmlərinin qiyməti 11 faiz aşağı düşüb. Maskın sərvəti də azalaraq, 22,3 milyard dollar olub.

47 yaşlı ixtiraçı-mühəndisin elektromobil sahəsində uğur qazana bilməməsi işləri korlayır. Keçən ilin son kvartalında alıcılara 90 min elektriklə işləyən avtomobil çatdırılmışdı. 2019-cu ilin ilk kvartalında say 63 minə düşüb. Halbuki Mask hadisələrin gedişini başqa cür təsəvvür edirdi. Amerikalı iş adamı sayı yarım milyona çatdırmağı düşünürdü. Hələ o vaxt ABŞ-ın qiymətli kağızlar üzrə komissiyası Maskın belə iddialı açıqlamalarının səhmlərin qiymətinə yaxşı təsir göstərməyəcəyini bildirmişdi. Həqiqətən də, bundan bir az sonra səhmlər 5,4 faiz dəyər itirmişdi.

Tesla Model Y

Ümumiyyətlə, son bir ildə amerikalı iş adamı ətrafında qalmaqal səngimir. Hələ keçən ilin sentyabrında ona qarşı cinayət işi də açılmışdı. Mask heç cür ideyaları ilə böyük hədəflərə çata bilmir.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »