Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” üç məşhurunu satır: 300 milyon avroya

“Barselona” son illər mümkün qədər futbolçu satmamağa çalışır. Amma Kataloniya klubu indi buna çox ehtiyac duyur.

Bizimyol.info xəbər verir ki, İspaniya nəhəngi üç məşhur futbolçusunu 300 milyon avroya satmağa hazırlaşır. “Barselona” yayda Filippe Koutinyonu, Samuel Umtitini və İvan Rakitiçi transferə çıxaracaq. İspaniya təmsilçisi transferlərdən 300 milyon avro qazanc gözləyir.

Samuel Umtiti Samuel Umtiti

Son iki ildə “Barselona” daha çox futbolçu almaqla seçilirdi. Belə transferlərə 400 milyon avro sərf olunmuşdu.

“Barselona” “Ayaks”dan iki futbolçu almaq arzusundadır. Yarımmüdafiəçi Frenki de Yonqun transfer məbləği 80 milyon avrodur. Müdafiəçi Matiys de Liqtə də az pul ödənməyəcək.

Qrizman Qrizman | Foto: Valentyn Ogirenko / Reuters

“Atletiko”dan Antuan Qrizmannı Kataloniyaya gətirmək isə “Barselona”nı daha çox xərcə sala bilər.

Son xəbərlər
Bütün xəbərlər »