Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfirliyin qəza törədən avtomobilini hansı cəza gözləyir... - Açıqlama

Xəbər verdiyimiz kimi dünən günorta saatlarında Hüseyn Cavid prospektində 6 nömrəli, 99-JH-106 dövlət nömrə nişanlı "BakuBuss" avtobusu Moldova səfirliyinin maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alanlar olmasa da, həmçinin nəqliyyat vasitələrinə ciddi ziyan dəyməsə də, qayda pozuntusu halına görə kimin məsuliyyət daşıyacağı müzakirələr yaradıb.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən politoloq Nəzakət Məmmədova deyib ki, səfirliklərə və diplomatik nümayəndəliklərə məxsus nəqliyyat vasitələri ilə bağlı heç bir cəza tədbiri seçilə bilməz, eləcə də həmin nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması, cərimələnməsi, axtarışların aparılması qanunla qadağandır:

"1961-ci il Diplomatik əlaqələrə dair Vyana konvensiyasına görə diplomatik nümayəndəliklərə, eləcə də səfirliklərə məxsus, qırmızı nörməli nəqliyyat vasitələri polis tərəfindən saxlanıla, cərimə meydançasına aparıla, ümumiyyətlə isə nəqliyyat vasitələrində heç bir axtarış tədbirləri həyata keçirilə bilməz. Ağır cinayət törətmiş olsalar belə onlar Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun cəzalandırıla bilməzlər. Onlar barəsində "Persona non Grata" elan edilir (Arzuolunmaz şəxs). Bundan sonra təmsil etdikləri dövlət tərəfindən ya geri çağırılır, ya da onlar tərəfindən məsuliyyətə cəlb edilirlər".

Bizimyol.info

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »