Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ problemi ilə bağlı növbəti görüş Moskvada olacaq

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında növbəti görüş Moskvada keçiriləcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər. Görüş yaxın vaxtlarda keçiriləcək, lakin tarix hələlik tam dəqiqləşməyib.

MDB Xarici işlər nazirləri Şurasının sabah Moskvada keçiriləcək iclasında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün keçirilmə ehtimalının olmadığını bildirən mənbə deyib ki, sabahkı toplantıda Ermənistanı XİN başçısının müavini təmsil edəcək.

Qeyd edək ki, xarici işlər naziri Elmar Məmmədyarov bu gün Brüsseldə keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcəyini bildirib.

Nazir deyib ki, bununla bağlı ilkin razılaşma əldə olunub.

ona.az

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Azərbaycanda atanın törətdiyi qəzada qızı öldü
Son xəbərlər
Bütün xəbərlər »