Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək"

Seçkilərdə kimin qələbə qazanmasından asılı olmayaraq, ABŞ Ukraynanın yeni prezidenti ilə əməkdaşlıq edəcək.

Bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.

“Biz, Ukraynada hakimiyyətə gələcək istənilən rəhbərliklə işləyəcəyik. Əvvəlki 25 illə müqayisədə Ukrayna son 2 ildə daha çox iş görüb. Amma işin çox hissəsi hələ qarşıdadır” – Volker vurğulayıb.

Qeyd edək ki, Ukrayna MSK-nın nəticələrinə əsasən, 31 martda keçirilən prezident seçkilərinin birinci turunda Vladimir Zelenski 30,24% səslə lider olub. Ölkənin hazırkı prezidenti Pyotr Poroşenko isə cəmi 15,95% səsi yığa bilib. Ukraynada prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. (Virtualaz.org)

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »