Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bataqlıqda qədim Mayya sivilizasiyasının qalıqları tapıldı - Fotolar

Arxeoloqlar təkcə Avropa ərazisində uğurlu qazıntılar aparmır. Okeanın o tərəfindən də yaxşı xəbərlər gəlir.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Sinsinnati Universitetinin arxeoloqları yeni texnologiyanın köməyi ilə Meksikanın bataqlıq rayonlarında çoxlu ferma və qədim Mayya sivilizasiyasına aid yol tapıb. Qazıntılar zamanı məlum olub ki, mayyalılar öz ehtiyaclarından xeyli çox məhsul yetişdirirmiş. Bu deməyə əsas verir ki, onlar Mezoamerikanın başqa xaqları ilə ticarət əlaqələri saxlayırmış.

Nicholas Dunning Foto: Nicholas Dunning / University of Cincinnati

Qazıntıları professor Nikolas Danninqin rəhbərliyk etdiyi komanda həyata keçirib. LİDAR texnologiyası bir çox süni və təbii kanalların yerini tapmağa kömək edib. Danninq deyir: “Belə görünür ki, mayyalılar təbii suvarma formasını dəyişməklə kənd təsərrüfatı ilə məşğul olublar. Kanalları dərinləşdirib, aralarında əlaqə yaradıblar. Sonra mürəkkəb hidrotexnikanın köməyi ilə genişləndirmə işləri aparıblar”.

Nicholas Dunning / University of Cincinnati Foto: Nicholas Dunning / University of Cincinnati

Üzə çıxarılan yol, bəlkə də, 1000 ilə yaxındır istifadə olunmur. LİDAR sistemi olmasaydı, hətta yolun üzərində dayanmaqla onu sezmək mükün deyil.

Texnologiya cəngəlliklərdə düzləşdirilmiş xeyli ərazi də aşkar edib. Elm adamları hesab edir ki, burada ticarət meydanları düzəldilirmiş.

Nicholas Dunning / University of Cincinnati Foto: Nicholas Dunning / University of Cincinnati

Bəzi tikililər də gözə dəyir. Bunlar bir növ Mayya mədəniyyətini əks etdirən yarmarkalar olub.

Paylaş »
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› Paşinyanın arvadı ilə bağlı araşdırma aparılır
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »