Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident alkoqol testindən keçməyə razılıb verib

Ukrayna prezidenti Pyotr Poroşenko alkoqol və narkotik maddələr testindən keçməyə razılıb verib.

Poroşenko prezident seçkilərinin ilk turunun lideri Vladimir Zelenskinin şərtlərini qəbul edib. Bu barədə Poroşenkonun mətbuat katibi Oleq Medvedev bildirib.

Onun sözlərinə görə, analizlər sertifikatlaşdırılmış özəl laboratoriyalarda aparılacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

V.Zelenski Poroşenkonun müzakirələrdən əvvəl testlər keçirməsini istəyib. Bundan əlavə, Zelinski Poroşenkonu onu təhqir etdiyinə görə xalqın qarşısında üzr istəməyə çağırıb və 19 aprel tairixində baş tutacaq teledebatın yalnız Kiyevdəki Olimpiya Stadionunda baş tutmasını istəyib.

Qeyd edək ki, Ukraynada seçkilərin ilk turu martın 31-də keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyasının rəyinə əsasən, namizədlərin heç biri birinci turda lazımi sayda səs toplamayıb. Prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək. (Modern.az)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »