Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəki qəssablarının 8 gün davam etmiş ümumşəhər tətili güzəştlər qarşılığında müvəqqəti dayandırıldı

Şəki qəssablarının 8 gün davam etmiş ümumşəhər tətili aprelin 4-də müvəqqəti dayandırılıb.

«İpəkçi»-nin əldə etdiyi məlumatlara görə aidiyyəti olan orqanlar bəzi güzəştlərə getməyə məcbur olub. Məsələn, «baytar pulu» 4 manatdan 2 manata endirilib. İndi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bütün Şəki rayonu üzrə heyvan kəsiminə icazə verilən yeganə sallaqxanada xırdabuynuzlu heyvanın kəsdirmə haqqı 8 manat, iribuynuzlu heyvanın kəsdirmə haqqı isə 23 manat olacaq. Qəssablar həmin sallaqxanada heyvanı özləri də kəsə bilərlər, bu zaman xırdabuynuzlu heyvan üçün cəmi 6 manat, iribuynuzlu heyvan üçün isə 18 manat ödəməlidirlər. Amma əsas problemlərdən biri – Qida Təhlükəsizliyi Agentliyinin Şəkidəki digər sallaqxanaların fəaliyyətlərinə «laboratoriya yoxdur» deyə, icazə verməməsidir, bu problem həllini tapmayıb hələ.

3 apreldə Qida Təhlükəsizliyi Agentliyinə rəsmi sorğu göndərərək məsələyə aydınlıq gətirilməsini xahiş etdik; bildirdik ki, «nəyə görə şəxsi sallaqxanalara laboratoriya tələbi irəli sürürsünüz? Hansı ölkədə qəssabların sallaqxanasında laboratoriya olur?» Bizə cavab verildi ki, «Mülkiyyət formasından asılı olmayaraq kəsim müəssisəsində dövlət baytarlıq nəzarəti təmin edilməlidir. Laboratoriya zəruri müayinələrin aparılması üçündür və bu tələb dünya standartlarına uyğundur». Cavab təbii ki bizi qane etmədi, odur ki təkrar sorğu göndərərək, bu cavabın dəqiqləşdirilməsini xahiş etdik. Bildirdik ki, «zəhmət olmasa laboratoriya ilə bağlı cavabınızı bir qədər dəqiqləşdirin. Qəssabın şəxsi sallaqxanasında laboratoriya olmalıdırmı? Dünyanın hansı ölkəsində görünüb ki, qəssab həm ət kəssin və həm də özü onu laborator müayinədən keçirsin? Biz Türkiyəni misal göstərdik. Qəssablar əti kəsəndən sonra baytarlıq xidmətinə müraciət edirlər, baytar həkim səyyar laboratoriyası ilə müraciət edilən ünvana gəlir, ətin yararlı olub-olmadığını yoxlayır. Başqa sözlə sallaqxanada laboratoriya olmalı deyil, laboratoriya xidmətini baytar icra etməlidir. Bu birbaşa sizin Agentliyin problemidir. Əgər Azərbaycanda sallaqxanalar üçün laboratoriya tələbi qoyulubsa, zəhmət olmasa, müvafiq qanunun, müvafiq bəndini göstərin». Bu sorğumuza hələlik cavab almamışıq.

Məlumat üçün əlavə edək ki, Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq həmçinin bildirilmişdir ki, «…respublikada müəyyən ərazidə fəaliyyət göstərən qəssabların toplaşaraq kəsim məntəqəsi yaratması kimi təcrübə də var». Qəssablar isə bildirirlər ki, onların şəxsi sallaqxanaları bütün standartlara cavab verir, amma öz sallaqxanalarında kəsdikləri heyvanın ətinə möhür vurulmur, bu yolla onların hamısını bir sallaqxanada ət kəsməyə məcbur edirlər. Bu iradlara cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən Mənsur Piriyev bildirdi ki, Şəki rayon baytarlıq xidmətinə müraciət etmək lazımdır.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »