Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Davudoğlu yeni partiya yaradır - Əli Babacan da olacaq

Adını gizli saxlayan, əvvəllər AKP-də sədr müavini vəzifəsini icra edənlərdən biri, Əhməd Davudoğlunun yaxın zamanda yaratdığı yeni partiyanın proqramını açıqlayacağını söyləyib: "Hərəkatın içində Əli Babacan da, bir çox keçmiş nazirlər də olacaq. CHP, MHP, İYİ Partiyanın tanınmış simaları da bu siyasi qurumda təmsil olunacaqlar".

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, kulislərdə dolaşan: "Yerli seçkidən sonra AKP içindəki müxalifət keçmiş Baş nazir Əhməd Davudoğlunun liderliyi ilə yenidən meydana gəlməyə hazırlaşır", - iddiası, hərəkatda olacağı bildirilən, AKP-nin keçmiş sədr müavini tərəfindən də təsdiqlənib.

Əli Babacanın başqa partiyada fəaliyyət göstərəcəyi iddiasının doğru olmadığını deyən mənbə, onun Davudoğlunun rəhbərliyi ilə yaranacaq hərəkata qatılacağını istisna etməyib. O, əlavə edib ki, AKP hakimiyyətində nazir vəzifəsi tutmuş, sonradan poslarını itirmiş məşhur isimlər siyasi arenada yenidən görünmək üçün bu partiyada təmis olnmağa üstünlük verəcəklər.

"Bir ay içində adı açqlanacaq yeni partiyada, Respublika Xalq Partiyasının, MHP-nin və İYİ Partiyanın fuksonerləri qatılacaqlar. Onların Davudoğlunun başçılıq etdiyi hərəkatda siyasi mübarizəni davam etdirmələri üçün artıq müəyyən razılaşmalar əldə olunub", -deyə mənbə bildirib.

Keçmiş sədr müavini seçkiləri dəyərləndirərkən: "Millət AK Partiyaya "Sənə bu ölkəni tək başına idarə etməyə icazə vermərəm dedi" ifadələrini işlədib. O, CHP-nin İstanbul, Ankara, Mersin, Adana, Antalya kimi böyük şəhərləri rəqibinin əlindən almasını şərh etdi: "Seçkinin nəticəsi CHP-nin deyil, Kamal Kılıçdaroğlunu müvəffəqiyyətidir. CHP-nin Partiya Məclisi Kılıçdaroğluna icazə etsəydi, CHP bir neçə il daha qazanıb, balını bir az daha yuxarı taşıyabilirdi. Millət də CHP-nin çox açıq bir mesaj verərək: "Partiyanı kənar fikirlərdən təmizləyib mərkəzə cəmləşdirərsən, mən sənə Bolunu, Kırşehiridə qazandıraram" dedi. Bu seçki MHP üçün də uğurlu oldu, Cumhur İttifaqındə qazanan Dövlət Baxçalı oldu. AK Partiyayla yarışdığıhər yerdə bələdiyyələri qazandı", - deyə bildirib.

Bizimyol.info

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »