Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dovşanı udan piton ilanı qəfəsdən çıxa bilmədi - Video

Tailandda ilan o qədər çoxdur ki, hətta yaşayış ərazilərində rahatca hərəkət edirlər. Belə halların birində piton ilanı dovşanı udub.

Bizimyol.info xəbər verir ki, hadisə Çonburi vilayətində baş verib. İlan Amporn Sirimahanın ailəsi yaşadığı həyətə gəlib, qəfəsdə saxlanılan üç dovşandan birini udub. Amma məhz bu, pitona qəfəsi tərk etməyə mane olub. Orada ilişib qalan sürünəni ilantutanlar ələ keçirib.

Hadisənini video görüntüləri də var. Burada ilanın necə tutulması aydın görünür. İlantutanlar sonradan onu ölçürlər. Pitonun uzunluğunun 4,9 metr olması müəyyənləşir.

Keçən il Tailandın başqa bir vilayətində piton ilanı evə hücum etmişdi. Çaçenqsauda sürünən təqaüdçünün evində məskən salıb, onun pişiklərini yemişdi.

Son xəbərlər
Bütün xəbərlər »