Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yuxuda oyunun dəqiq hesabını gördü, mərcdə pul uddu

Futbol mərcində komandaların birinin qələbəsini düzgün proqnozlaşdırmaq müəyyən qazanc gətirir. Amma dəqiq hesabı tapmaq hər adama qismət olmur.

Bizimyol.info xəbər verir ki, britaniyalı Tom Stills bunu bacarıb. Amma azarkeşə yuxusu kömək edib. O, yuxuda “Kolçester Unayted”-in “Kembric”in qapısına 90-cı dəqiqədə yol tapmasını görüb. Dostlarına bunu danışıb. Onlar Toma həmin qarşılaşmaya pul qoymağı məsləhət görüb. Britaniyalı azarkeş futbol mərcində “Kolçester”in 1:0 hesablı qələbəsini qeyd edib və cəmi 10 funt sterlinqi riskə atıb. Oyun məhz bu hesabla başa çatıb. Stills 41 dəfə çox qazanc əldə edib (418 funt sterlinq - 936 manat).

Tom Stills Tom Stills (solda) | Foto: Tom Stills

Tomu yuxusu bir az qorxuya salıb. Bunun necə baş verdiyini hələ də anlamır. Ona inanmayanlara dostları ilə oyundan əvvəlki yazışmasını göstərir.

Stills pulu səyahətə xərcləməyi düşünür. İndi rahatca Budapeştə gedə bilər.

Son xəbərlər
Bütün xəbərlər »