Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda məmur zibil qalaqlarına görə cəzalandırıldı

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxtın Xəzər rayonu ərazisində reyd keçirib.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, reyd zamanı Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib və 2000 manat məbləğində cərimələnib. Həmçinin, həmin ərazinin təmizlənməsi tələb olunub.

Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »