Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeniyetmə iddia edir ki, o, 7 il əvvəl oğurlanmış uşaqdır - Polis araşdırır

2011-ci ildə - altı yaşında itkin düşən, 7 il sonra əsirlikdən qaçdığını iddi edən Timmoti Pitzen DNK analizi edililir. 14 yaşlı uşaq Amerikalı Xilasetmə Xidmətinə müraciət edərək əsirlikdən qaçdığını söyləyib. Yeniyetmə yeddi il əvvəl oğurlanaraq girov saxlanıldığını bildirib.

Bizimyol.info xəbər verir ki, "911" xidmətinə zəng edərək 2011-ci ildə altı yaşındaykən itkin düşmüş Timmoti Pitzen olduğunu bildirən uşaq, onu oğurlayanların əlindən qaçdığını bidirib. Uşaq gizləndiyi yer barədə məlumat verib və polislər dərhal onu axtarmağa başlayıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları onu Ohayo ştatının Cincinnati şəhəri yaxınlığında tapıblar. Uşağın sözlərinə görə, azad olmaq üçün moteldə onu qaçırmış iki nəfərin nəzarətindən yayınaraq xidmətə zəng edə bilib. O, həmin şəxslərin iri cüssəli, silahlı olduqlarını və boynunda döymə olan ağ dərili kişilər kimi təsvir edib. Oğlan əlavə məlumat verə bilməyib. O, bu illər ərzində saxlanıldığı yer və hətta onu qaçıranların qaldığı güman edlən motelin tam olaraq harada yerləşdiyini deyə bilməyib.

Hazırda yeniyetmə polis nəzarətindədir. Timmotinin yeddi il əvvəl itkin olub-olmadığı barədə hələ dəqiq açıqlama veriməyib. Verilən məlumatlara görə, hazırda şəxsiyyətin təsdiqlənməsi üçün DNK analizi təhlil edilir. Prosedurun ən azı bir gün davam edəcəyi bildirilir.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »