Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ və Türkiyə bir-birini seçim qarşısında qoydu
ABŞ vitse-prezidenti Mayk Pens bir daha Türkiyəni Rusiyanın “S-400” “Triumf” zenit-raket komplekslərini almaqdan daşınmağa çağırıb.

“Donald Tramp açıq-aydın bildirib ki, bizim NATO üzrə müttəfiqlərimizin qarşı tərəfdən silah almasına biganə qalmayacaq”, - deyə Pens “Twitter” səhifəsində yazıb.

Pens Ankaranın iki yoldan birini seçməli olduğunu söyləyib:

“Ya tarixin ən uğurlu hərbi alyansında vacib tərəfdaş qalmağı, ya da belə düşüncəsiz qərar qəbul etməklə bu tərəfdaşlığı risk altına almaq istədiyini özü üçün müəyyənləşdirməlidir”.

Ankara da öz növbəsində Vaşinqtonu seçim qarşısında qoyub. Pensin yazdıqlarını şərh edən Türkiyənin vitse-prezidenti Fuat Oktay ABŞ-ı müttəfiq olan Türkiyə, yoxsa Türkiyədə qadağan edilmiş PKK terrorçu qruplaşması ilə əlaqəli kürd özünümüdafiə qüvvələri ilə əməkdaşlıq edəcəyini qətiləşdirməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyə rəhbərliyi ordunun “S-400” ZRK ilə təchiz olunması planından vaz keçməyəcəyini və ilk partiyanın bu il ölkəyə gətiriləcəyini bəyan edib.(oxu.az)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »