Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təsadüfən üstü açılan xəyanət kişiyə baha başa gəldi

ABŞ-da qadın sevgilisinin xəyanətindən təsadüf nəticəsində xəbər tutub. Qəfil zəng gəlib və məlum olub ki, münasibət saxladığı adam başqa kişi ilə birlikdədir.

Bizimyol.info xəbər verir ki, indi P.H. sevgilisi Qreqori Kouldan 1 milyon dollar tələb edir. Qadın bunu üçün məhkəməyə də müraciət edib.

Onlar 2014-cü ildən görüşürdülər. Bu müddət ərzində amerikalı qadın əmin idi ki, sevgilisi ona sadiqdir. Təsadüfi zəng hər şeyə aydınlıq gətirib. Telefon kişinin xəbəri olmadan belə “zarafat edib”. Qadın təxminən yarım saat onların yataqda çıxardığı səslərə qulaq asıb. Sonrasını isə bilirsiniz. İndi Qreqori məhkəmə qarşısına çıxmalıdır.

Əlbəttə, məhkəməsiz də ötüşmək olardı. Sadəcə, Koulun qadını cinsi xəstəliyinə yoluxdurduğu məlum olub. Məhz bu amil məhkəmədə qalib gəlmək şansını artırır.

Son xəbərlər
Bütün xəbərlər »