Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uğurlu insanlar hər gün eyni geyimi geyinirlər? - FOTOLAR
Həqiqətən də, niyə müvəffəqiyyətli insanlar daima eyni paltarları geyinir? Mark Zuckerberg’in bu yaxınlarda qatıldığı Q&A’dakı çıxışında ona maraqlı bir sual ünvanlanıb. İştirakçılardan biri Zuckerberg’dən “Niyə hər gün boz köynək geyirsiniz?” sualını verməsi salonda əyləncəli ortam yaradıb. Lakin bu sual həqiqətən də, çoxlarının düşünmədiyi bir faktı gündəmə gətirib.

Enerjisini daha əhəmiyyətli qərarlara xərcləməyi üstün tutduğunu ifadə edən Zuckerberg, “Həyati qərarlarımı mümkün olduğu qədər sadə etməyə çalışıram. Bu şəkildə kiçik detallardan xilas olaraq, insanlara daha çox fayda verə biləcəyim böyük qərarlara fokuslanıram.” Yəni onun fikrincə, daha az qərar vermə məcburiyyəti qərarlarımızın keyfiyyətini artırır. Bununla biz başqa vacib məsələlər barədə düşünmə imkanı qazanırıq.

Həyat hekayəsi müvəffəqiyyətlərlə dolu digər insanların onlarla bütövləşmiş geyim tərzləri hansı elementləri saxlayır? Gəlin bir az daha yaxından baxaq.

Steve Jobs: Qara yarımboğazlı sviter, mavi cins şalvar, New Balance idman ayaqqabıları. Jobs hətta bir zamanlar Apple işçiləri üçün xüsusi geyim forması düşünsə də, bu fikrinin bəyənilmədiyini qeyd etmişdi.

Barak Obama: Göy və ya boz kostyum. Daima göy və ya boz kostyum geyinən Obama’nın şərhi də Mark Zuckerberg’in dediklərinə bənzəyir: “Nə geyimim, nə də yeməklə bağlı qərar verməklə məşğul olmaq istəmirəm, çünki onsuz da verməyim lazım olan bir çox böyük qərar var.” Obama ötən günlərdə verdiyi mətbuat konfransında, krem rəngi bir kostyum geyərək hər kəsi çaşdırmışdı.

Albert Einstein: Tamamilə eyni modeldə tikilən paltarlar. Eynşteynin həyatını araşdıranlar, bunun tamamilə doğru olmadığını söyləsə də, ikinci həyat yoldaşı Elsa böyük dahinin həmişə eyni dəbdə olmasına diqqət göstərdiyini ifadə etmişdi. Ancaq yaşlandıqca və çəkisi artdıqca Einstein də daha rahat geyimlərə üstünlük verməyə başlamışdı.

Dean Kamen: Cins köynək, cins şalvar, bot. Segway’in ixtiraçısı Kamen’in geyim tərzi bir az qəribə görünür. Stirling Motoru layihəsi ilə gələcəyə sürətli addımlar atdıran Dean isə bunun qəribə görünməsinə heç bir əhəmiyyət vermir.

Karl Lagerfield: Qara kostyum, ağ köynək, günəş eynəkləri, əlcəklər. Sırf Chanel’in kreativ direktorusunuz deyə, hər gün geyiminizde dəyişiklik etməyə ehtiyac yoxdur. Karl Lagerfield siyahıdakı digər şəxslərə nisbətən, minimum dəyişikliklər etsə də, görünüşü əsasən həmişə eynidir.

Christopher Nolan: Tünd rəng və dar kəsilmiş pencək, açıq mavi köynək, qara şalvar və klassik ayaqqabı. Nolan da, Zuckerberg və Obama kimi nə geyəcəyini düşünməyin vaxt itkisi olduğunu düşünür.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »