Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texnologiyada yeni dövr: 5G şəbəkəsi istifadəyə verilir

Texnologoya sürətlə inkişaf edir. O qədər sürətlə ki, indiki imkanlar bir neçə il sonra bəsit görünə bilər.

Bizimyol.info xəbər verir ki, Cənubi Koreya daha bir texnoloji yeniliyi təqdim edir. Səhnəyə 5G şəbəkəsi çıxır. Sabah bununla bağlı təqdimat olacaq.

Yeniliyin təqdimatı “Samsung Electronics”in dəstəyi ilə baş tutur. Məhz bu şirkətin yeni smartfon versiyası olan “Galaxy S10” 5G-ni dəstəkləmək gücündədir.

Cənubi Koreya smartfonların nə çox yayıldığı ölkədir. Asiya dövləti ABŞ, Yaponiya, Çin kimi texnologiya nəhəngləri ilə rahatca ayaqlaşa bilir. Bu ölkələr də yaxın vaxtlarda 5G şəbəkəsini istifadəyə verməyə hazırlaşırdı. Cənubi Koreya hamını geridə qoydu.

Yəqin Azərbaycanda da tezliklə yeni şəbəkəni görə biləcəyik. Çünki qonşu Rusiyada gələn ildən 5G şəbəkəsi peyda olacaq.

Son xəbərlər
Bütün xəbərlər »