Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dəmiryol vağzalının qarşısı yenidən "qara bazar"a çevrildi - Video, Fotolar
Dəmiryol vağzalı

İstər sosial şəbəkələrdə, istərsə də kütləvi informasiya vasitələrində bu haqda yüzlərlə yazılar, yüzlərlə faktlar var. Lakin real bir nəticə gözə görünmür.

Söhbət "28 may" metrostansiyasının arxasında, Azərbaycan Dəmiryol Vağzalının qarşısında toplaşan şəxslərdən, yaxud "qara bazar" nümayəndələrindən gedir. Xeyli müddət əvvəl orada bir nəfərin saxlanılması ilə bağlı məlumat yayılsa da, artıq əraziyə baxış keçirilmir, dəqiq desək, nəzarət edilmir.

Yolumuzu oradan saldıq, artıq o işlə məşğul olan insanlar o qədər sərbəstləşiblər ki, əllərində qalın pul dəstəsi "Dollar-manat" qışqıra-qışqıra gəzirlər. Hətta polislərin gözləri qarşısında.

Adamlardan birinə yaxınlaşdıq, deyir ki, 1 dolları 1.7 AZN-ə, 1.6 AZN-i 1 dollara dəyişirlər. Hətta deyir ki, ərazidə ondan münasib qiymətə dəyişən olsa adını da dəyişər.

Soruşduq ki, maksimum neçə dollar dəyişə bilərsiniz?

Adam çəkinmədən deyir ki, üstümdə olan qədər dəyişərəm, bəs eləməsə yarım saata nə qədər desən, dəyişərəm.

Ərazidə "Dollar-dollar" deyə gəzişən daha biri ilə həmsöhbət olduq. Eynən əvvəl danışdığımızın dediyi kimi oldu, bu daha bahaçıl idi. Deyir ki, ancaq böyük məbləğdə pullar dəyişir. Yəni öz dilində desək, xırda-xuruş alverlə işi yoxdur. Ancaq 5 mindən yuxarı olan işləri götürür. 1 dolları 1.65 manata, 1.7 manatı 1 dollara dəyişir. Böyük rəqəmlərlə işlədiyi üçün adamın əlində hesablama cihazı da var.

Söhbətləşə-söhbətləşə metroya tərəf gəldik. Metronun qarşısında da əlində pul dəstəsi gəzişənlər var.

Xatırladaq ki, fərdi şəkildə vətəndaşın dolları manata, yaxud da manatı dollara dəyişməsi qanunsuz bank fəaliyyəti sayılır ki, bu da qanunla qadağandır.

Bizimyol.info

Paylaş »
››› "İdarə olunan terror” və ya ən gec yoluxan ən şanslı olacaq - Video
››› Trampın açıqlaması neftin qiymətini kəskin artırdı
››› Operativ Qərargah: “Bütün qaydalara riayət olunsa, 2 həftədən sonra müsbətə dönüş başlaya bilər”
››› Koronavirusla mübarizə aparan həkimlər “Yanıq kərəmi”nə rəqs etdilər – Video
››› Rusiyadan neft açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »