Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tereza Meyin "Brexit"lə bağlı təklifi rədd edildi

Böyük Britaniyanın Baş naziri Tereza Meyin Brexitin qısamüddətli uzadılması üçün müraciəti Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən rədd edilib.

O, deputatlarla razılaşmaq üçün son tarixin aprelin 12-si olduğunu bildirib.

Avropa Komissiyasının prezidenti qeyd edib ki, təyin olunan vaxta qədər müqavilə təsdiqlənməlidir, əlavə müddət olmayacaq. Çünki hər hansı bir gecikmə Avropa Parlamentinə keçiriləcək seçkilərə təhlükə yarada bilər ki, bu da Avropa İttifaqının fəaliyyətini təhdid edir.

Ötən gün Tereza Mey bildirmişdi ki, Böyük Britaniya hökuməti Avropa İttifaqından “Brexit”in müddətinin uzadılması haqqında xahiş edəcək.

Qeyd edək ki, Britaniya hökuməti və parlamenti Avropa İttifaqından çıxışın ən yaxşı variantı üzrə razılaşa bilmir.

“Brexit” martın 29-da tamamlanmalı olsa da, Avropa İttifaqı ilə müqavilə parlamentdə qəbul olunmayıb. Bundan sonra Avropa İttifaqı “Brexit”i şərti olaraq təxirə salmağa razılıq verib. İttifaq liderlərinin zirvə görüşündə qəbul edilən qərara əsasən, əgər Britaniya parlamenti “Brexit” müqaviləsini təsdiqləsə, ölkə qurumu mayın 22-də tərk edəcək. Müqavilə təsdiqlənmədiyi təqdirdə, “Brexit” aprelin 12-dək təxirə salınacaq.

Xatırladaq ki, Britaniya hökuməti Avropa İttifaqını tərk etmə tarixinin iyunun 30-dək uzadılmasını istəmişdi, lakin mayın 23-də Avropa Parlamentinə seçkilərin keçirilməsi səbəbindən bu tarix mayın 22-nə təyin olunub. (Publika.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »