Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusların ayaqqabı almağa imkanı çatmır: Prezidentin nümayəndəsi açıqlama verdi

Rusiya Statistika Komitəsinin (Rosstat) xalqın sosial durumu ilə bağlı açıqladığı rəqəmlər Kremli narazı salıb. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov nəticələrdən şoka düşdüklərini gizlətməyib.

Bizimyol.info xəbər verir ki, hökumət nümayəndəsini daha çox hər üç rusdan birinin ayaqqabı ala bilməməsi təəccübləndirib: “Düzü, bu xəbərə şərh verməyə də çətinlik çəkirəm. Niyə məhz ayaqqabı, niyə məhz hər üç adamdan biri, bu rəqəmlər haradandır? Statistika Komitəsi bunlara aydınlıq gətirsə, çox minnətdar olaram”.

Dmitri Peskov

“Rosstat”ın rəqəmləri gerçəkdən rusların acınacaqlı vəziyyətdə yaşadığını göstərir. Lazımi tələbat məhsulları üçün orta statistik Rusiya ailəsinə ayda 58,5 min rubl (900 dollar) lazımdır. Əhalinin 80 faizi minimal tələblərin öhdəsindən gəlmək gücündə deyil. Ailələrin yarıdan çoxu (53 faiz) əlavə heç bir addım ata bilmir. Məsələn, mənzili təmir etdirməyə imkan tapmırlar. Hər üç rusdan birinin mövsümdə özünə uyğun ayaqqabı ala bilməməsindən yuxarıda xəbər tutduq. Hər dörd nəfərdən biri evinə qonaq çağıra bilmir. Əhalinin 21,1 faizi meyvədən məhrumdur.

Sorğuda 60 min insan iştirak edib.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »