Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağır xəstə olan kişi böyük məbləğ uddu, amma pulunu həkimlərə xərcləmədi - Foto

ABŞ-ın Şimali Karolina ştatında yaşayan Riçard Biar lotereyada 250 min dollar udub. O, pulların hamısını səyahətə sərf etmək qərarı verib.

Bizimyol.info xəbər verir ki, Biarın bir neçə lotereya biletindən biri onu varlandırıb. Qaraciyər xəstəliyindən əziyyət çəkən Riçard uduşu daşınmaz əmlaka və ya avtomobilə xərcləməyi mənasız sayıb. Çünki onun ölümünə çox qalmayıb. Biar səyahəti seçib. Onsuz da çoxdandır həyat yoldaşına İtaliyaya getməyi söz vermişdi.

Riçard Biar Riçard Biar | Foto: North Carolina Education Lottery officials

Keçən il başqa bir amerikalı həm varlanmağın, həm də xərçəngə yoluxmağın yaşatdığı fərqli hissləri eyni vaxtda görmüşdü. ABŞ vətəndaşı lotereyada milyonçu olandan üç həftə sonra ağır xəstəlikdən vəfat etmişdi. Özü də amerikalı udanda xərçəngdən xəbərsiz imiş.

Son xəbərlər
Bütün xəbərlər »