Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsveçdə təyyarələrdən imtina edirlər

“İsveç krallığında zərərli qazların atmosferə göndərilməsinin mənbəyi sayılan təyyarələrdən imtina dəbə minir. Hərçənd, insanlar isti ölkələrdə dincəlməyi çox sevir”,- “Le Monde” nəşrinin xüsusi müxbiri Ann-Fransuaz İver belə yazır.

Bizimyol.info xəbər verir ki, məqalə Fransa qəzetinin dünənki sayında yer alıb. Məqalədə deyilir: “Bazar ertəsi “Dagens Nyheter” qəzetində İsveçin 250-yə qədər aktyorunun, rejissorunun, prodüserinin kino sənayesinin istehsal metodlarını dəyişməsi tələbi ilə açıq məktubu dərc edilib. Ölkədən kənardakı çəkilişlər və daim təyyarə ilə səyahətlər nəzərdə tutulur. Kino sənayesi qalan dünyanın ciddi problem saydığı məsələni görməzdən gələrsə, bundan təkcə iqlim yox, İsveç kinematoqrafiyası da zərər görəcək”.

İver xüsusi qeyd edir: “Son aylar bir sıra isveçli idmançılar, siyasətçilər, mədəniyyət xadimləri uçmamağa and içiblər. Ölkədə “flygskam” və ya “uçuşdan xəcalət” adlanan hərəkat yaranır. Hərəkat ya insanların fərdi dərketməsinin, ya da yaxınların, sosial şəbəkələrin stimullaşdırdığı günah hissinin təcəssümüdür. Məktəbli Qreta Tunberqin iqlimlə bağlı başladığı gənclərin qlobal etiraz aksiyası elə bir şərait yaradıb ki, dostlarla görüş zamanı müzakirələr iqlimdən başlayıb təyyarələrlə bitir”.

“Le Monde”dəki məqalədə yazılıb ki, isveçlilər velosipedlə gəzməyi çox xoşlayır, tullantıları təkrar emal edir, odunla qızınır, amma onlara isti ölkələrdə istirahətdən imtina etmək çətindir. İsveçli orta statistik dünya sakinindən beş dəfə çox səyahət edir. 1990-cı ildən bəri onların xaricə səfərləri iki dəfə artıb. Bu səfərlər hər il 10 milyon ton zərərli qazın atmosferə göndərilməsinə səbəb olur. Yalnız ölkədəki bütün avtomobil parkları bu qədər zərərli ola bilərdi.

Yazının müəllifi qeyd edir ki, 37 yaşlı Mayya Rozen keçən ildən qonşu qadınla “Facebook”da “Biz Yerin üzərində qalırıq” adlı kampaniyaya başlayıblar. Mayya daha uçmamaq qərarı verib. Onların məqsədi ən azı 100 min insanın üzərinə belə məsuliyyət götürməsidir.

İsveçlilər artıq sosial şəbəkələrdə tətil fotoları qoymağı azaldıb. Daha heç kim Tailandda necə dincəlməsindən danışmır. İsveç hökuməti də fərqli düşünmür. Təyyarəyə alternativ ola biləcək bir çox şəhərlərə gedən gecə qatarlarının maliyyələşdirilməsi üçün 50  milyon kron (təxminən 5 milyon avro) ayrılıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »