Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yanan bazarın sahibkarları kompensasiya tələb edir

“Karvan” Ticarət Mərkəzində baş verən dəhşətli yanğın zaman zərərçəkən sahibkarlara kompensasiya ödənilməyib.

Bizimyol.info-ya müraciət edən zərərçəkmiş sahibkar Füzuli Quliyev bildirib.

“2013-cü ilin oktyabrında “Karvan” Ticarət Mərkəzində yanğın zaman bizə-Sumqayıt sakinlərinə-Şirəli Əsgərova 170 min, Füzuli Quliyevə 55 min zərər dəyib. Zərərin miqdarı məhkəmə tərəfindən rəsmən təsdiqlənib. Buna baxmayaraq, "Karvan"ın icraçı direktoru Kamil Əhədov ədalətsiz olaraq bizə dəyən zərəri indiyəcən min bir bəhanə ilə ödəmək istəmir”,-deyə F.Quliyev bildirib.

O deyib ki, bazarda baş verən yanğından sonra işsiz qalıb: “Mallarımız yanana qədər biz ticarətlə məşğul olub dolanışığımızı təmin edirdik. Lakin yanğın nəticəsində bizə dəyən ziyandan sonra maddi durumumuz hədsiz dərəcədə pisləşib, banklara olan külli miqdarda borcumuzu ödəyə bilmirik və hal-hazırda acınacaqlı vəziyyətdəyik.

Prezidentin martın 26-da Bakının Nizami rayonu ərazisindəki “Diqlas” Ticarət Mərkəzinin yanması nəticəsində sahibkarlara dəymiş ziyanın dövlət tərəfindən ödənilməsi haqda operativ qərarı çox humanist addımdır. amma hansı səbəbdənsə, illərdir bizim Prezident Adminstrasiyasına etdiyimiz müraciətlər bu günə qədər də heç bir reaksiya verilmir”.

Ramid İbrahimov

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »