Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aldadılmış vətəndaşlar 300 mənzilli yaşayış binasının inşa edilməsini istəyir

“GEN” MMC tikinti şirkətinin aldatdığı payçılar Prezident Adminstrasiyasına müraciət edib.

Bizimyol.info xəbər verir ki, zərərçəkənlər Bakı şəhərində 300 mənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsini xahiş edirlər.

“Biz, 2006-2008-ci illərdə GEN MMC şirkətinin qurbanları, zərərçəkmişləriyik. Təqribi 308 zərərçəkmiş var, dəyən ziyan 7,5 milyon manata yaxındır.

Biz dəfələrlə Prezident Admnistrasiyasında, Baş Prokurorluqda, Bakı Şəhər İcra Hakimiyyətində qəbullarda olmuşuq. Hər yerdə bizi hörmətlə qəbul ediblər, diqqətlə dinləyiblər, kömək etməyə söz veriblər”,-deyə zərərçəkmişlərin müraciətində qeyd olunub.

Aldadılmış vətəndaşlar müraciətlərində onlara güzəştli şərtlərlə evin tikilib verilməsini xahiş ediblər: “Müraciətdə Bakı şəhərində 300 mənzilli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ayrılması və bununla bağlı sənədləşmə işlərinin görülməsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində tikiləcək yaşayış binasının layihəsinin hazırlanması və inşa edilməsilə bağlı müvafiq sərəncamın verilməsi, 300 mənzilli yaşayış binası üçün qoşulacaq kommunikasiyalara (Qaz, Elektrik, Su/Kanalizasiya, Rabitə/Telekommunikasiya və sair) dair texniki şərtlərin verilməsi, tikinti işlərinin aparılması üçün müəyyən ediləcək Podratçı/İnşaat Şirkətinə zərərçəkmişlər üçün yaşayış binasında kvadrat metrinin qiyməti 500 manat nəzərdə tutulması təklif olunub”.

Ramid İbrahimov

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »