Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yanğının fəsadlarının aradan qaldırlıması üçün müvafiq göstərişlər verilib" - Mərkəz rəhbəri
Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yerləşən Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində yanğın hadisəsi qeydə alınıb. Yanğın dərhal söndürülsə də müəssisəyə ziyan dəyib.

Baş verən yanğın hadisəsi ilə bağlı Bizimyol.info-ya danışan müəssisə rəhbəri Asif Usubalıyev bildirib ki, mərkəzin binasında yanğın baş versə də müəssisə öz fəaliyyətini davam etdirəcək?

"Biz yanğınla bağlı nazirliyə, cənab nazirin özünə də müraciət etmişik. Hətta nazirliyin rəhbər heyətindən də bir neçə nəfər hadisə yerində olublar. Burada binanın yanaraq yararsız vəziyyətə düşməsindən söhbət belə gedə bilməz. Hətta Fövqəladə Hallar Nazirliyi birinci və ikinci mərtəbədə müəssisənin fəaliyyətini davam etdirə biləcəyinə razılıq belə verdi. Eyni zamanda bizim müəssisənin başqa bir korpusu da var ona görə də mərkəz öz fəaliyyətini dayandırmayacaq. Tədbirlərimiz, təlimlərimiz hər biri qüvvədədir, işimizi davam etdirəcəyik".

Binanın təmiri ilə bağlı məsələyə aydınlıq gətirən mərkəz rəhbəri bildirib ki, artıq binanın təmiri ilə bağlı inventarlaşma işləri aparılıb və müvafiq göstərişlər verilib:

"Birinci və ikinci mərtəbədə işlərin davam etdirilməsi isə nazirliyin göstərişindən və şərait yaradılandan sonra bərpa ediləcək. Binanın təmir olunması ilə bağlı məsələyə gəlincə isə, artıq cənab nazir də göstəriş verib, artıq bu gündən işlər başlanılıb. Rəhbərliyin davranışlarından belə görünür ki, yanğının fəsadlarının aradan qaldırılması uzun müddət çəkmiyəcək. Bu gün inventarlaşma aparıldı, lazımi sənədləşmə işləri görüldü, əmrlər verildi".

Bizimyol.info

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »