Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən tərbiyəsiz turistlərin gəldiyi ölkələrin adları açıqlandı

Təyyarə və dəmiryolu biletlərinin axtarış sistemi olan “Biletix” dünyanın ən “pis” turistlərini müəyyənləşdirməyə çalışıb. Rusiya, Çin və ABŞ-dan gələn turistlər hamını geridə qoyub.

Bizimyol.info Rusiya mətbuatına istinadən xəbər verir ki, respondentlərin 44 faizi Rusiyadan gələn turistlərin onları qıcıqlandırdığını bildirib. 33 faiz müsbət fikir söyləyib. Rusiyalı turistlər əcnəbiləri daha çox hovuza qaçıb tullanmaqla və çimərliyi zibilləməklə əsəbiləşdirir. Çin turistləri isə getdikləri ölkələrdə yerli adamları möhkəm danışmaqla və çox ləng hərəkət etməklə qıcıqlandırır.

Yaxşı turist Yaponiyadan gələnlər sayılır. Almaniya və Fransa turistləri haqda da yüksək fikir deyilib.

Yanvarda Almaniyada buna oxşar sorğu keçirilmişdi. Almanlar da Rusiyadan gələnləri ən tərbiyəsiz turistlər adlandırmışdılar. Respondentlərin 60 faizi səs-küyü, 56 faizi spirtli içkiyə düşkünlüyü, 38 faizi kobudluğu, 24 faizi isə çoxlu selfi çəkdirməyi qeyd etmişdi.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »