Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lalə Məmmədovanın keçmiş əri özünü öldürmək istəyir

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.

O Media.Az-a gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.

"Uzun müddətdir ki, susurdum. Bizim nikahımız beş il öncə pozulub. Hazırda başqası ilə evliyəm və bir övladım var. İstəmirəm ki, oğlum atasız qalsın. Keçmiş həyat yoldaşım Lalə Məmmədova məni hədələyir, aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib. Ona görə də, xeyli müddət pulsuz qaldım, alimenti ödəyə bilmədim” deyə, İlham Qafarov bildirib.

Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:

"Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə ona yaşıl işıqdır”.

O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:

"Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəməyə hazır deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram” deyə, Qafarov bildirib.

Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.

Məsələ ilə bağlı Lalə Məmmədova ilə əlaqə saxlamaq istəsək də, o, hazırda Amerikada olduğundan zənglərimizə cavab verə bilməyib.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »