Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müsavatın yürüş təklifinə rəsmi cavab
Bakı Şəhər İcra Hakimiyyəti Müsavat partiyasının yürüş keçirmək istəyinə cavab verib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, partiya üzvləri aprelin 7-də küçə yürüşləri keçirmək üçün müraciət edib.

Meriyadan bildirilib ki, təklif olunan yürüş - mitinq marşrutları boyu nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunduğundan həmin gün bu küçələrin bağlanılması tələb olunacaq və nəticədə tıxacların yaranması, vətəndaşların sərbəst hərəkət hüququnun pozulmasına gətirib çıxaracaq. Eyni zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanının tarixinin həmin günə təyin edilməsi, həmçinin yürüş etmək üçün tıklif olunan ərazilərdə əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışları olması metropolitenin iş ahənginin təmin edilməsində ciddi problemlər yaradacaq. Bu da toplantı keçirilməsinin təhlükəsizliyinə təminat vermir.

Buna görə də toplantının keçirilməsini məqsədəuyğun hesab edilməyib.

Son xəbərlər
Bütün xəbərlər »