Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təki oğlanların çoxu mənim kimi olaydı” - Nadir Qafarzadə
Müğənni Nadir Qafarzadə "Hər şey daxil” verilişinin qonağı olub.

O,sosial şəbəkədə videosu yayılan Rusiyada limon satan azyaşlı uşaqla bağlı öz etirazını bildirib.

"Ona yazırlar ki, Azərbaycanın gələcək biznesmeni deyirlər. Gör, nə ilə fəxr edirik? - limon satmaqla. Onun limon satan vaxtı deyil. Getsin, məktəb oxusun. Hələ o, uşaqdır”.

Prodüser Tarix Əliyev isə uşağı müdafiə edərək, halal zəhmətlə pul qazandığını söyləyib:

"Elə biznesmenlərimiz var ki, vaxtilə "peraşki” satıblar. Sonradan dünyanın ən varlı adamları olublar. Sənin özün də "peraşki” satmısan. Mən də Qaraçuxurda ofisiant işləmişəm, meyvə-tərəvəz satmışam”.

Nadir isə Tolikə cavabında "Nadir çox əziyyətlər görüb. Təki, oğlanların çoxu mənim kimi olaydı. Həyatda hər şeyi özüm etmişəm. Zəhmətlə qazanmışam, "peraşki”, qutab satmaq, ofisiant işləmək ayıb deyil” deyə, söyləyib.(Axşam.az)

Son xəbərlər
Bütün xəbərlər »