Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misirdə mumiyaların daha bir sərdabəsi tapıldı

Son vaxtlar arxeoloqlar Misirdən xeyli yeni xəbərlər göndərir. Paytaxt Qahirənin yaxınlığında daha bir sərdabə tapılıb.

Bizimyol.info xəbər verir ki, sərdabədə iki mumiya, tanrıları əks etdirən bir neçə heykəl, qızıl zinət əşyaları tapılıb. Arxeoloji qazıntıya rəhbərlik edən Mustafa əl-Vəziri deyir: “Daha bir mumiya da tapmışıq. Qızılların altında qalmışdı. Sadəcə, pis vəziyyətdədir. İndi həm sərdabə, həm də qalıqlar bərpa prosesini keçir”.

Sərdabə qədim Kesna şəhərinin qalıqları arasında tapılıb. Əslində, arxeoloqların bu sərdabə haqda əvvəllər məlumatı vardı. Düşünürdülər ki, bu, daha müasir dövrün qalığıdır. Qazıntılar eradan əvvəlki zaman kəsiyindən xəbər verir.

Atribis şəhəri qalıqları arasında qədim abidələrin tapılması Kesnaya da marağı artırdı. Orada fironların beşinci nəslina aid bir şox əşyalar aşkar edilmişdi. On ildir Atribisdə gərgin iş gedir.

Kesnadakı sərdabədə təkcə mumiyalar tapılmayıb. Əl-Vəzirinin dediyinə görə, sərdabədə keramik qızıl elementləri, vazalar, dəfn rituallarına aid əşyalar aşkar edilib.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »