Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Küçələrə quraşdırılan telefon avadanlıqları yoxa çıxıb - BŞİH rəsmisindən açıqlama

Bakının mərkəzi küçələrindı quraşdırılan telefon avadanlıqları yoxa çıxır.

Bizimyol.info xəbər verir ki, Bülbül prospekti, Nizami kino mərkəzinin yaxınlığında olan köşkdə quraşdırılmış telefon avadanlığı yoxa çıxıb. Eyni zamanda bu kimi hallar şəhərin bir çox yerlərində, eləcə də Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən Hüseyn Cavid parkındakı köşkdə də yaşanıb. Belə ki, orada da quraşdırılan telefon avadanlığının sonradan yoxa çıxdığı bildirilib.

Sözügedən telefon avadanlıqları oğurlanıbmı?

Sualımızı cavablandıran Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib ki, şəhəri demək olar ki, bir çox hissəsinə quraşdırılan telefon avadanlıqlarına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cavabdehdir:

"Məsələnin Bakı Şəhər İcra hakimiyyətinə heç bir aidiyyatı yoxdur. Çünki telefonların quraşdırılmasına və onların fəaliyyətinə nəzarəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirdir. Xahiş edirik onlarla əlaqə saxlayasınız".

Qeyd edək ki, sözügedən telefon avadanlıqlarının internetə daxil olmaq kimi üstünlükləri də var.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »