Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə kasıblıqdan şikayət edən qız kənddən qaçmalı oldu

Rusiyada yaşayan 12 yaşlı qız ölkə prezidenti Vladimir Putinə sosial problemlərlə bağlı məktub yazandan sonra həyatı alt-üst olub. Pskov vilayətində yaşadığı Tomsino kəndinin camaatı Taisiya Perçikovanın ailəsinə təzyiq göstərir.

Bizimyol.info xəbər verir ki, Perçikovalar məcburiyyətdən kəndi tərk etməli olub. Onlar Velikoluksk rayonunda ev alıblar. Ailə bunun üçün 330 min rubl (təxminən 5 min dollar) kredit götürüb.

Bizimyol.info bu haqda bir müddət əvvəl yazmışdı. Ailəyə şikayətə görə kənd camaatı rahat yaşamağa imkan vermirdi. Yeniyetmələr sosial şəbəkələrdə Taisiyanın intim şəkillərini yayırdılar. Yerli icra strukturları isə Perçikovalara heç bir təzyiqin olmadığını bildirirdi.

Taisiya Perçikova Taisiya Perçikova (sağda) | Foto: mk.ru

Taisiya prezidentə məktubunda acınacaqlı vəziyyətdə yaşadıqlarını yazmışdı. Məktəbli qız anasının iki növbədə işlədiyini, amma cəmi 5600 rubl (təxminən 86 dollar) qazandığını çatdırmışdı. Taisiya ölkə başçısından onlara mini-traktor bağışlamağı da xahiş etmişdi. Belədə anası bütün günü əlində bel işləməli olmayacaqdı.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
Son xəbərlər
Bütün xəbərlər »