Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-dən aclıqla bağlı qorxulu statistika
2018-ci ildə dünyanın 53 ölkəsində yaşayan 113 milyona yaxın insan ərzaq qıtlığı ilə üzləşib.

BMT-nin Əzaq və kənd təsərrüfatı təşkilatının dərc etdiyi qlobal ərzaq böhranları barədə hesabatında belə deyilir.

Hesabata görə, aclıqla üzləşmiş insanların üçdə iki hissəsi səkkiz ölkədə - Əfqanıstan, Konqo, Efiopiya, Nigeriya, Cənubi Sudan, Sudan, Suriya və Yəməndə yaşayır.

Hesabata əsasən, ərzaq qıtlığının əsas səbəbləri, əvvəlki kimi, müharibələr, iqtisadi böhranlar, təbii fəlakətlər və iqlim dəyişikliyidir.

“Dünyanın 53 ölkəsində yaşayan 113 milyon insan 2018-ci ildə kəskin ərzaq qıtlığı ilə üzləşib. 2017-ci ildə bu göstərici 124 milyon təşkil edib”, - deyə hesabatda qeyd olunur.(oxu.az)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »