Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən yaxşı qadın futbolçusunun qazancı açıqlandı - Messinin qazancını yuxuda görə bilər

Son illər futbolda məvaciblərin və transferlərin məbləğləri çox yüksəlib. Amma bu yalnız kişi futbolunda belədir. Qadın futbolçular böyük pullar görmür.

Bizimyol.info xəbər verir ki, dünyanın ən yaxşı qadın futbolçusu argentinalı ulduz Lionel Messidən 325 dəfə az qazanır. “Barselona”nın lideri ildə 130 milyon avro əldə edir. Keçən il dünyanın ən yaxşı qadın futbolçusu seçilən norveçli Ada Hegerberqin illik qazancı isə cəmi 400 min avrodur.

Lionel Messi Lionel Messi

“Lion” qadın futbol klubunun hücumçusunun ən yaxın izləyiciləri də komanda yoldaşlarıdır. Amandina Henri ildə 360, Vendi Renar 348 min avro qazanır. Onların ardınca ABŞ klublarında forma geyinənlər gəlir. “Skay Blu”dan Karli Lloyd bir il ərzində 345, “Orlando”dan Marta isə 340 min avro əldə edir.

Hegerberq keçən il ilk dəfə dünyanın ən yaxşı qadın futbolçusu adına layiq görülmüşdü. Norveç milli komandasının üzvü “Lion”la Fransa çempionu və Çempionlar Liqasıbnın qalibi olmağı bacarıb.

Son xəbərlər
Bütün xəbərlər »