Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
19 qadını aldatdı, pullarını oğurladı, 6 uşağı da qoyub qaçdı

Çinin Çjençjou şəhərində polis 19 qadını aldadan kişini həbs edib. O, dələduzluqda ittiham olunur. Həbs olunan şəxs qadınların xeyli pulunu oğurlayaraq, aradan çıxıbmış.

Bizmyol.info xəbər verir ki, Xenan vilayətinin sakini qadınlarla internetdə tanış olur, özünü onlara varlı ailənin üzvü kimi təqdim edirmiş. O, qurbanları inandırmaq üçün görüşə xüsusi geyimdə gəlirmiş.

Zərəçəkənlərdən birinin dediyinə görə, kişi ona çoxlu hədiyyə alır, məmur övladı olduğunu deyirmiş. Uşaq dünyaya gələndən sonra isə dələduz “ər” avtomobili və yüzminlərlə yuanı götürərək, yoxa çıxıb.

İkinci zərərçəkənə də təxminən belə nağıl danışıb. Aspiranturada oxuduğunu deyib. Qadına beş karatlıq brilyant üzük bağışlayıb. Sonradan üzüyün saxta olduğu üzə çıxıb. Bu qadına daha böyük zərər dəyib – 250 min yuan (təxminən 36 min dollar).

Polisə 19 zərərçəkəndən 17-si müraciət edib. Onun bu qadınlardan 4 övladı dünyaya gəlib. Daha 2 qadın uşaq gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »