Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketin damını söküb ərzaq oğurladılar - Foto

Bakıda Xətai rayonunda yerləşən marketlərdən birində oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Mağaza sahibi marketin dam örtüyünün söküldüyünü və bununla da obyektə daxil olan şəxsin içərisində 3800 manat olan seyfi və ərzaq məhsullarını oğurladığını bildirib.

Əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakinləri Sənan Verdiyev və Elimxan Alıyev saxlanılıblar. Qrupun digər üzvü paytaxt sakini Nazim Mayılov isə başqa bir qanun pozuntusuna yol verdiyi üçün hazırda cəza çəkir.

Araşdırma zamanı E.Alıyevin marketə dam hissədən daxil olaraq seyfi ələ keçirdiyi məlum olub. Digər üzvlərlə birgə seyfi sındırıb pulu aralarında böldükdən sonra izi itirmək məqsədilə sındırdıqları seyfi Qum adası adlanan ərazidə suya atıblar. Seyf tapılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »