Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paulo Coelho’dan səyahət üçün 9 faydalı tövsiyə
Paulo Coelho ədəbiyyat tarixinin ən çox satılan kitablarından biri olan “Kimyagər” əsərinin müəllifi, çoxumuzun tanıdığı Braziliya əsilli yazıçıdır. Onun “Rio Pedranın sahilində oturdum və ağladım”, “Veronika Ölməyə qərar verir”, “On bir dəqiqə”, “Beşinci dağ” və sair əsərləri də hər kəs tərəfindən sevilərək oxunur. Bu dəfə isə milyonlarla insanı motivasiya etməyi bacaran bu yazıçının səyahət haqqında dediklərini sizinlə paylaşmaq qərarına gəldik.

Siz də səyahətin azadlıq olduğunu düşünənlərdənsinizmi? Əgər elədirsə, onda Paulo Coelho’nun səyahət tövsiyələri məhz elə sizin üçündür.

1. Muzeylərdən uzaq durun: Bu tövsiyə sizə gülünc görünürsə, belə bir şey düşünək: yad şəhərdəsinizsə keçmişi araşdırmaqdansa indiki zamanı araşdırmaq daha maraqlı deyilmi? İnsanlar özlərini muzeylərə getməyi sanki məcburiyyət hesab edirlər, çünki uşaqlıqda səyahət etməyin bu tip mədəniyyətləri araşdırmaq olduğu onlara aşılanıb. Əlbəttə ki, muzeylər əhəmiyyətlidir, lakin bunun üçün vaxt və müəyyənlik tələb edir – siz orada nə görmək istədiyinizi bilməlisiniz, əks təqdirdə, nə olduğunu xatırlamayacağınız bir neçə əhəmiyyətli şey görmək hissi ilə oranı tərk edəcəksiniz.

2. Barlara gedin: Məhz barlar şəhərin ruhunun bəlli olduğu yerlərdir, muzeylər deyil. Bar dedikdə gecə klublarını deyil, normal insanların getdiyi, bir qədəh içki içərək, söhbətləşdikləri məkanları nəzərdə tuturam. Nə qədər axmaq olsa da, bir söhbət açılıbsa, o söhbətə qatılın. Çünki müəyyən bir yolun nə qədər gözəl olduğunu sadəcə qapıya baxmaqla dəyərləndirə bilməzsiniz.

3. Açıq olun: Ən yaxşı tur bələdçisi həmin yerdə yaşayan, hər şeyi bilən, yaşadığı məkanla qürur duyan, lakin hər hansı bir səyahət agentliyində işləməyən şəxsdir. Küçəyə çıxın, danışmaq istədiyiniz insanı seçin və sual verin. (Poçtun və ya kilsənin harda olduğunu soruşa bilərsiniz) Əgər həmin insandan istədiyiniz məlumat çıxmırsa, başqasını seçin və sizi əmin edirəm ki, bu yolla günün sonuna kimi ən yaxşı yol yoldaşınızı tapmış olacaqsınız.

4. Ya tək, ya da sevdiyiniz insanla səyahət edin: Sizi yönləndirəcək bələdçinin olmamaması bir az çətin olsa da, öz ölkənizi həqiqətən geridə qoymağın və səyahətin ruhunu duymağın ən yaxşı yolu budur. Qrupla səyahət etmək öz dilinizdə danışmaq, qrup liderinin dediyi şeyləri etmək, ziyarət etdiyiniz yerlərdən daha çox qrupdakı dedi-qoduyla daha çox maraqlanaraq keçən səyahətdir.

5. Müqayisə etməyin: Heç nəyi müqayisə etməyin – qiymətlər, gigiyena standartları, həyat keyfiyyəti, yolları, heç nəyi! Başqalarından daha yaxşı həyatınızın olduğunu sübut etmək üçün səyahət etmirsiniz – sizin məqsədiniz başqa insanların necə yaşadığını, sizə nə öyrədə biləcəyini, həqiqətlərlərin və qeyri-adi şeylərin öhdəsindən necə gəldiklərini görmək və aşkara çıxarmaqdır.

6. Hər kəsin sizi başa düşdüyünü dərk edin: Getdiyiniz yerdə danışılan dili bilməsəniz də, qorxmayın: sözlərlə ünsiyyət qurmadan bir çox yerdə olmuşam və yerlilərdən hər zaman dəstək, bələdçilik, faydalı tövsiyələr kimi köməklər görmuşəm, hətta sevgili də tapmışam. Bəzi insanlar tək səyahət edirlərsə, küçəylə aşağı düşüb, əbədiyyətə qədər itəcəklərini düşünürlər. Sadəcə cibinizdə otel kartınızın olduğundan əmin olun və ola biləcək ən pis situasiyada da bir taksiyə minib, həmin kartı sürücüyə göstərin.

7. Çox alış-veriş etməyin: Pulunuzu daşımaq məcburiyyətində olmadığınız şeylərə xərcləyin: yaxşı teatr tamaşası, restoranlar, gəzintilər. Bu zəmanədə qlobal iqtisadiyyat və internet sayəsində, baqaj üçün əlavə pul ödəmədən, hər şeyi ala bilərsiniz.

8. Dünyanı bir ayda görməyə çalışmayın: Bir həftədə beş şəhər görməkdənsə, bir şəhərdə dörd-beş gün qalmaq daha yaxşıdır. Bir şəhər kaprizli bir qadın kimidir: onu başdan çıxarmaq və özünü tamamilə göz önünə sərməsi daha çox vaxt alır.

9. Səyahət bir macəradır: Henry Miller deyirdi ki, Romaya gedib, qulağınıza bağıran iki yüz min insanla birlikdə Sistine kapellasını görmək məcburiyyətində qalmaqdansa, heç kimin kəşf etmədiyi bir kilsəni kəşf etmək daha önəmlidir. Mütlər Sistine kapellasına da gedin, lakin küçələrdə də gəzin, küçələri kəşf edin, nəyisə axtarmağın verdiyi azadlığı yaşayın.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »