Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibkar qadının tabutunu meriyanın qarşısına gətirdilər - Foto

Rusiyanın Ryazan şəhərində vəfat edən sahibkar İrina Fokinanın yaxınları şəhər rəhbərliyinin önündə özünəməxsus etiraz aksiyası keçirib. Onlar qadının tabutunu meriyanın qarşısına gətiriblər.

Bizimyol.info xəbər verir ki, aksiyada əsas şüarlardan biri “Onu söz öldürmüsünüz” olub. Sərnişindaşıma ilə məşğul olan Fokinanın yaxınlarının dediyinə görə, son vaxtlar 51 yaşlı qadına şəhər rəhbərliyi çox təzyiq edirmiş. Meriya onun biznesini çökdürməyə çalışırmış. Uzun məhkəmə çəkişmələrindən sonra sahibkar qadının şirkətini bağlayıblar.  Xeyli əsəb və stress yaşayan İrina qəfil vəfat edib.

sahibkar İrina Fokina

Şəhər administrasiyanın əməkdaşlarından biri “Ria Novosti” informasiya agentliyinə açıqlamasında meriyaya haqq qazandırmağa çalışıb: “Sərnişindaşımanı belə təşkil etmək olmaz. Federal qanunlar var, biz də buna əməl edirik. Məhkəməyə müraciət etməyə borclu idik”.

Məmurlar Fokinanın yaxınlarına psixoloji kömək üçün xəstəxanaya müraciət etməyi məsləhət görüb. Onlar isə şəhər administrasiyasından əl çəkmək fikrində deyillər.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »