Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkiz uşaqların ataları ayrı imiş - DNK analizin nəticəsi aranı qarışdırdı

Çində yaşayan Syao Lun hər iki qızını çox sevir. Amma ona uşaqların bir-birinə bənzəməməsi həmişə narahatlıq verib. Gözlər, burun, ağız heç oxşarlıqdan xəbər vermirdi.

Bizimyol.info xəbər verir ki, Syao Lunun uşaqlarının ayrı-ayrı atalardan dünyaya gəldiyi məlum olub. Qeydiyyat problemi üzləşən çinlidən genetik test tələb ediblər. Syao bunun üçün “Çjentay” məhkəmə identifikasiya mərkəzinə müraciət edib. Məhz orada əkizlərin başqa atalardan doğulduğu məlum olub.

Syao testin nəticələrindən çox qəzəblənib. Həyat yoldaşı əvvəlcə etiraf etmək istəməsə də, sonradan boynuna alıb. Bir gecəlik eşq macərası belə nəticə ortaya çıxarıb. Ərinə xəyanət edən qadın qeyri-adi hadisənin baş verməsinə səbəb olub.

Mütəxəssislər çox təəccüblənir. Belə halın yaranma ehtimalı çox azdır. Əkizlərin yalnız milyonda biri belə doğula bilərdi.

Son xəbərlər
Bütün xəbərlər »