Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın “Avroviziya-2019”-da çıxış vaxtı müəyyən oldu

İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkələrin hansı nömrə altında çıxış edəcəyi dəqiqləşib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan bu il bütün finalçıları müəyyənləşdirəcək gecənin bağlanışını edəcək.

Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafazadə “Truth” adlı mahnı ilə 18-ci nömrə altında səhnəyə çıxacaq. O, ölkəmizi “Truth” (“Həqiqət”) mahnısı ilə təmsil edəcək. Müsabiqənin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, final isə mayın 18-də keçiriləcək.

Ümumilikdə builki müsabiqədə 41 ölkə təmsil olunacaq.

Son xəbərlər
Bütün xəbərlər »