Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədris proqramından kənar: Məktəbdə 7 müəllimə eyni vaxtda hamilə qaldı - Video

ABŞ-ın Kanzas şəhərində ibtidai məktəbdə birdən-birə 7 müəllimə uşaq gözləyir. “Oak Street Elementary School”dakı müəllimələr təxminən eyni vaxtda hamilə qalıb.

Bizimyol.info xəbər verir ki, Kanzasdakı təhsil ocağında cəmi 15 müəllimə işləyir. Məktəbin direktoru Eşli Millerin dediyinə görə, eyni vaxtda 7 müəllimə rəhbərliyə hamilə olması haqda məlumat verib. Onların birdən dekretə çıxması təhsil müəssisəsinə problem yarada bilər. Qadın direktor inanır ki, problemin öhdəsindən gələ biləcəklər. Hamını əvəzləyəcək müəllimə tapıblar.

Miller deyir ki, məktəbin tarixində heç vaxt belə halla qarşılaşmayıb. Direktor zarafatla əlavə edib: “Görünür, burada uşaq bağçası yaratmalı olacağıq”.

Müəllimələrdən ikisi artıq ana olub. Qalanları oktyabra qədər dünyaya uşaq gətirəcək.

Pedaqoq Tara Conson deyir: “Əvvəlcə üç nəfər idik. Sonra say yavaş-yavaş artmağa başladı. Gülməli görünür. Əsl komediyadır”.

Son xəbərlər
Bütün xəbərlər »