Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keşişliyi atıb model oldu, məşhurlaşdı - Foto

Amerikalı Klint Heyslett 20 il keşişlik edəndən sonra dini xidmətdən uzaqlaşmaq qərarına gəlib. 45 yaşlı din adamı modelliyi seçib. Beləcə, məşhurlaşıb.

Bizimyol.info xəbər verir ki, keçmiş keşişin Kollin adı oğlu bununla bağlı “Twitter”də yazıb. Tolido Universitetinin tələbəsi tvitdə atasını heç vaxt bu qədər xoşbəxt görmədiyini bildirib: “Buyurun, atamla tanış olun”.

Bir neçə gün ərzində tvit 375 min layk yığıb, 81 min dəfə paylaşılıb. Oğlunun yazdıqlarından sonra Klint xeyli məşhurlaşıb. Heyslettin şəkillərini çox paylaşırlar.

Kollin “Intelligencer”ə müsahibəsində atasının əvvəllət yaşadığı ərazinin üç kilsəsində xidmət göstərdiyini bildirib. Bir gün bu işdən uzaqlaşmaq qərarı verib. Kevin adlı saç ustasının yanına gələrək, imicini dəyişdirib.

İndi Klint həyata başqa cür baxır. Sosial şəbəkələrə də xüsusi diqqət ayırmağa başlayıb.

Son xəbərlər
Bütün xəbərlər »