Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
8 yaşlı uşaq evdən qaçıb dünya səyahətinə çıxdı - Foto

Rusiyanın Həştərxan şəhərində evdən qaçan 8 yaşlı uşaq anasına məktub yazıb. Stolun üstündəki kağızda qeyd olunub: “Ana, mən dünya səyahətinə çıxdım. Öpürəm”.

Bizimyol.info xəbər verir ki, məktubu oxuyan 37 yaşlı ana dərhal polisə xəbər verib. Qadın müraciətində qızını məktəbə apardığını, geri qayıdanda oğlunu evdə tapmadığını bildirib.

Uşağın axtarışına bir neçə qrup qoşulub. Üçüncü sinif şagirdini Volqa çayı üzərindəki körpüdən keçən polis əməkdaşı tapıb. Uşaq yorulub dayanıbmış. Polis əməkdaşına səyahəti davam etdirmək istədiyini, amma çox əldən düşdüyünü, evə qayıtmağı düşündüyü söyləyib.

8 yaşlı uşaq evdən qaçıb dünya səyahətinə çıxdı Foto: Həştərxan Vilayət Daxili İşlər İdarəsi

Uşağı evdən qaçmağa oxuduğu kitab həvəsləndirib. Məktəbli bel çantasına sevimli ensiklopediyasını, oyuncaqlarını, topladığı pulu və bir banan qoyub.

Həştərxan polisindən verilən məlumata görə, uşaq özünü yaxşı hiss edir. Həm onunla, həm də ana ilə profilaktik söhbət aparılır.

Son xəbərlər
Bütün xəbərlər »