Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ən çox qazanan futbolçuların siyahısı açıqlandı - Messi, yoxsa Ronaldo

“France Football” nəşri ən çox qazanan futbolçuların reytinqini açıqlayıb. Argentinalı Lionel Messi liderliyi qoruyub.

Bizimyol.info xəbər verir ki, “Barselona”nın ulduzu son bir ildə 130 milyon avro qazanıb. Buta təkcə maaş daxil deyil. Məsələn, Messinin illik məvacibi 40 milyon avrodur. Argentinalı daha çox reklamdan qazanır.

İkinci pillədə Kriştiano Ronaldo qərarlaşıb. Portuqaliyalı futbolçu ildə 113 milyon avro əldə edib. Neymar üçüncü yerdədir (91,5 milyon avro).

Neymar Neymar

“Qızıl top”un sahibi Luka Modriç heç ilk “20-liy”ə də düşə bilməyib. Xorvat liderlər qrupundan uzaq qalsa da, “Real”dan onu Qaret Beyl, Serxio Ramos və Toni Kroos əvəzləyib.

Qaret beyl

Messi 2015-ci ildən sonra “Qızıl top”a sahib çıxa bilməyib. Ondan sonra iki il ardıcıl Kriştiano Ronaldo ən yaxşı seçilib.

Son xəbərlər
Bütün xəbərlər »