Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yataqxana sakinləri etiraz aksiyası keçirib - Video

Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi 25 ünvanın sakinləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şikayətçidirlər.

Bizimyol.info xəbər verir ki, həmin ünvanyda yerləşən yataqxanaın sakinləri bu gün Prezident Adminstrasiyasının qarşısında etiraz aksiyası keçiriblər.

Bildirilib ki, bu bina ötən əsrin 75-80-cı illərində “Tramvay-Trolleybus İdarəsi”nin yataqxanası olub. Sakinlərin dediklərinə görə, idarədə işlədikləri zaman ev növbəsinə dayanıb və müvəqqəti olaraq burada yaşayıblar. SSRİ dağılandan sonra idarə fəaliyyətini dayandırıb, oranın işçiləri isə yataqxanada yaşamaqda davam ediblər.

Etirazçılar bildirib ki, sakinləri razı salmadan onların yaşadığı yataqxana söküləcək. Sakinlər onlara təklif olunan hər kvadratmetrə görə 1500 manat məbləğində kompensasiya ilə razı deyillər. Onlar bu qiymətə Bakıda mənzil ala bilməyəcəklərini deyirlər.

Aksiyadan hazırladığımız reportajı təqdim edirik:

Paylaş »
››› Köhnə avtomobillərin hərəkəti qadağan ediləcək
››› “Bakı səfəri Lavrov üçün gərgin keçəcək”
››› Avropalılar qadağaların aradan qaldırılmasını bayram edir
››› Rusiyada vilayət naziri itkin düşüb - Navalnının zəhərləndiyi xəstəxanada həkim işləmişdi
››› Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır
››› Heydər Əliyev: “Qarabağa muxtariyyət verilməsi Azərbaycanın içinə qoyulmuş bomba idi”
››› "Space" TV-nin yeni rəhbəri istefa verdi
Son xəbərlər
Bütün xəbərlər »